-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Şübhəli, ürəyi qara, yaxşı niyyətli, dürüst olmayan, ürəyində fəsad olan, insanların yaxşılığını istəməyən, sevgiyə, məhəbbətə istək duymayan bir insanın bəsirətini, fərasətini Allah bağlayar. Hərəkətlərinin yerini bilməz. Baxışı, danışığı, məntiqi pozular. Allah yolunu bağlayar, bərəkətsizlik verər.
Adnan Oktar
Münafiq böyük olduğunu hiss etdirmək istəyər, süni hörmət arxasınca gedər. Buna görə də, dini yaşayırmış təəssüratı verməyə çalışar, təqvalı müsəlman təqlidi edər. Bunu edərkən də özünü haşa Peyğəmbərdən, Allahdan daha böyük görər. Münafiqin qəribə cəhəti, açıq-aydın küfr əhlinin yanına getmək, küfr əhli ilə yaşamaq varkən bütün vaxtını müsəlmanlarla mübarizə aparmağa ayırmasıdır. Peyğəmbərə və Peyğəmbərin yanındakı sadiq səhabələrə düşmən olar, onlarla mübarizə aparar. Gecə-gündüz müsəlmanlar əleyhinə fəaliyyət göstərər, hətta ölümü gözə alar. Lakin münafiq müsəlmanlarla mübarizə apararkən daxilən də həmişə zəifləyər. Şeytan onu ələ keçirdiyi üçün çox hüzursuzdur, dəli dana kimidir, nə edəcəyini, kimə necə sataşacağını bilməz. Buna görə də, münafiqlərin yanına küfr əhli də yaxınlaşmaz.
Adnan Oktar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir.
Adnan Oktar