-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar.
Adnan Oktar
Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.
Adnan Oktar
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
Adnan Oktar