logo HARUN YƏHYA

Quran Məlumatı

1033 səhifə.

Allah bütün insanları bu dünya həyatında Ona qulluq etsinlər deyə yaratmışdır. Qulluq etmək istəyənlər üçün də rəhbər olaraq Quranı endirmişdir:

 

Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)

 

Quran yalnız haramları və halalları əhatə edən kitab deyil. İçində gözəl əxlaqı, müxtəlif insan xarakterlərini, meydana gələ biləcək bütün hadisə və vəziyyətləri, dünya həyatı və axirət həyatı ilə əlaqədar məlumatları, Allah qorxusu və sevgisini, Allah rizasının necə qazanılacağını, qısacası Yaradanın yaratdığına göndərdiyi, lazım olan bütün məlumatı izah edən və qiyamətə qədər keçərli kitabdır.

 

Quran bəzilərinin sandığı kimi yalnız 1400 il əvvəlki hadisələrdən bəhs edən kitab deyil, hər dövrdə qarşılaşılan hadisələri və bunun yanında dünya həyatını sona çatdıran qiyamət gününü, axirəti öyrədən bələdçidir.

 

Quranın, insanın həyatındakı əhəmiyyətini və lazımlılığını fərqinə varan müsəlmanın Allaha gərəyi kimi qulluq etməsi və bütün həyatını Qurana görə yaşaması üçün çox yaxşı Quran məlumatına sahib olması lazımdır.

 

Əlinizdəki bu kitab, Allahı tanımanı, qulluq vəzifəsini əskiksiz yerinə yetirməyi, bütün həyatını Qurana görə tənzimləməni, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı məqsəd edənlərin Quran məlumatlarını gücləndirmək məqsədiylə hazırlanmışdır.

Quran Məlumatı
QR Code