-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
Adnan Oktar
Münafiq ləyaqətsizlik şokuna girən məxluqdur. Üzündə utanma, ləyaqət yoxdur. Bütün dünya üzünə tüpürsə, nə desən də ona təsir etməz, beyni keyləşmişdir. Bütün insanlar onlardan iyrəndiyi üçün, alçaldılaraq insanlıqdan çıxdığı üçün ləyaqətsizlik şoku içindədir. Nə Quran ayəsi, nə müsəlmanların sözü, nə də alçaldılma, heç nə ona təsir etməz. Ağlasığmaz ləyaqətsizdir. Lovğalığı, arsızlığı, murdarlığı, ləyaqətsizliyi üzərində toplamış olan münafiq, ləyaqətsizlik şokundan insan olmaqdan çıxmışdır. Münafiq şeytanın iyrənc məqamının ən yüksək səviyyəsidir. Axırzaman münafiqləri də ən yüksək şeytani məqama gəlmiş ən arsız və ləyaqətsiz münafiqdirlər. Cəhənnəmdə də münafiqlərin bu ləyaqətsizlikləri davam edər.
Adnan Oktar
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
Adnan Oktar